Əliyev və Paşinyan Brüsseldə yenidən görüşəcək

Əliyev və Paşinyan Brüsseldə yenidən görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

ONN media xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel öz Tvitter səhifəsində yazıb.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.

"AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.

Geri qayıt