Hərbiçiləri daşıyan maşın partladıldı- 15 ölən var

Hərbiçiləri daşıyan maşın partladıldı- 15 ölən var

Burkina-Fasoda hərbçiləri daşıyan maşın partladılıb.

ONN media xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

Ölkənin şimalında baş verən hadisə nəticəsində 15 hərbçi ölüb. 

İnsident Mərkəzi-Şimal bölgəsinin Bam əyalətinin kənd yolunda baş verib, burada əsgərlər və mülki şəxslər mütəmadi olaraq üsyançılar tərəfindən hədəfə alınıb.

Qeyd edək ki, Əl-Qaidə və İŞİD ilə əlaqəsi olan qruplar ən azı 2015-ci ildən regionda fəaliyyət göstərir.Modern.az

Geri qayıt