Mehdiyevi saxlayan yol polisləri işdən çıxarıldı?

Mehdiyevi saxlayan yol polisləri işdən çıxarıldı?

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

ONN media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  açıqlamasında yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddialarınıb əsassız olduğunu deyib.

“Bu məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Gelandevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarını təhqir edib.

Bu gün isə həmin yol polislərinin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumat yayılıb.

Geri qayıt