"Neftçi"nin futbolçusu oyunda zədələnib

"Neftçi"nin futbolçusu oyunda zədələnib

"Neftçi"nin futbolçusu Azər Salahlı zədələnib.

ONN media xəbər verir ki, 28 yaşlı müdafiəçi Avstriyada "Rapid"ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.

Salahlının yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub.

Qeyd edək ki, görüşdə hesab açılmayıb. Bakıdakı ilk matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib

Geri qayıt