"Barselona" ÇL-dən kənarlaşdırıla bilər?

"Barselona" ÇL-dən kənarlaşdırıla bilər?

UEFA maliyyə qaydalarını pozduğuna görə İspaniyanın "Barselona" klubunu Çempionlar Liqasında iştirakdan kənarlaşdıra bilər.

ONN media xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

“UEFA 2020-2021-ci illər arasında maliyyə “feyr-pley” qaydalarını pozan 10 kluba qarşı sentyabr ayında sanksiyalar elan etməyə hazırlaşır. Bu siyahıda “Barselona”dan başqa, Fransanın PSJ, İtaliyanın “Yuventus”, “İnter” və “Roma” klubları yer alıb”, - məlumatda bildirilib.

Geri qayıt