Türkiyə üçün 27 il sonra bir ilk yaşandı

Türkiyə üçün 27 il sonra bir ilk yaşandı

Türkiyə 27 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmayacaq.

Buna "Trabzonspor"un pley-off mərhələsinin cavab oyununda evdə Danimarka "Kopenhagen"i ilə qolsuz heç-heçə edərək, mübarizəni dayandırması səbəb olub. Qara dəniz təmsilçisi səfərdəki ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, sonuncu dəfə 1995/1996 mövsümündə Çempionlar Liqasının qrupunda Türkiyə təmsilçisi yer almayıb. Bu hal ümumilikdə isə 3 dəfə baş verib. 1992/1993 mövsümündə də Türkiyənin heç bir klubu qrupa düşə bilməyib.

Geri qayıt