Ermənistanda bu sistem işləmir- Ermənidən ŞOK AÇIQLAMA

“Paşinyanın mesajı özünə haqq qazandıran və aldadıcı idi”.
ONN media xəbər verir ki, bunu erməni analitik Lilit Gevorqyan deyib.
Gevorqyanın sözlərinə görə, bu, Paşinyanın Rusiyaya qarşı ittihamı olub, amma əsas məqam odur ki, təhlükəsizlik sistemi işləmir.
“Ermənistan öz seçimi ilə yarımmüstəqil dövlət olub. Bu gün xalqda və diasporda ümidsizlik var, diktələrə uyğunlaşmaqdan başqa çarə yoxdur. KTMT və Aİİ-yə daxil olan Ermənistan məhrumiyyətlərə məruz qaldı. Baş verənlər və Paşinyanın iddiası bunun tam əksini sübut edir”, - deyə o qeyd edib