Zelenski taxılla bağlı açıqlama verdi

Zelenski taxılla bağlı açıqlama verdi

Ukrayna Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bu günə kimi 1 milyon ton ərzaq ixrac edə bilib. Bu, "taxıl dəhlizi”nin işə düşməsindən 26 gün sonra baş verib.

ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

"Taxıl ixracı təşəbbüsü demək olar, bir aya yaxındır həyata keçir və bu müddət ərzində üç dəniz limanımız Çernomorsk, Odessa, Yujnı fevralın 24-dən etibarən ilk milyon ton kənd təsərrüfatı məhsulunu ixrac edib”, - dövlət başçısı vurğulayıb.

Geri qayıt