Rusiya bazarına daha bir zərbə

Finlandiyanın telekommunikasiya avadanlığı və mobil telefon istehsalçısı "Nokia" Rusiya bazarını tərk edir.
Bu barədə ONN media "Reuters"ə istinadla xəbər verir.
"İlin sonuna qədər Rusiyadakı əməkdaşlarımızın böyük əksəriyyəti "Nokia"dan ayrılacaq və biz bütün ofislərimizi boşaldacağıq" , - şirkət mənbəsi agentliyə bildirib.
Rəsmi olaraq, şirkət qanuni bağlanma tamamlanana qədər Rusiya Federasiyasında olacaq.
"Nokia"dan başqa, İsveçin "Ericsson" şirkəti də Rusiya bazarını tərk edir