Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

Bakıda 2 müntəzəm marşrutun hərəkət sxemləri alternativ küçələrlə təşkil ediləcək.

Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, sabah saat 09:00-dan 2 sentyabr saat 20:00-dək Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bildirilir ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2 müntəzəm marşrutun (149 və 164 nömrəli) hərəkət sxemləri alternativ küçələrlə (Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Vaqif Ələkbərov küçəsi – Emin Quliyev küçəsi – Şahlar Əsgərov küçəsi) təşkil ediləcək.

Geri qayıt