Vilayət Eyvazovdan yeni təyinat

Polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin olunub.
ONN media xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, o, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində yol-nəqliyyat hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.