Bakıda bu nömrəli avtobus xətti fəaliyyətini dayandırır

Bakıda bu nömrəli avtobus xətti fəaliyyətini dayandırır

Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar Bakı Bus MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Geri qayıt