Cəlilabadda ağır qəza olub- Yaralılar var

Cəlilabadda ağır qəza olub- Yaralılar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt