Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, virusa yoluxan 42 yaşlı pasiyent Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə müalicə edilir.
Eyni zamanda, vurğulanıb ki, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Virusun daşıyıcısı olan həmin şəxsin xəstəxanaya yerləşdirildiyi açıqlanıb və ətraf aləmdən təcrid olunub.