Zelenski Putinlə bağlı danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.
ONN media xəbər verir ki, Ukrayna dövlət başçısı ultimatum səsləndirənlərlə danışıqlara getməyəcəyini bildirib.
"Bu gün yox. Mən onların (Rusiya - red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır - o (Putin - red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir - ultimatum səsləndirənlərlə danışmayacam”, - Zelenski bildirib.