Şəhid Nəzər Əzizov ailənin tək övladı olub

Ermənilərin təxribatı nəticəsində şəhid olan Nəzər Ağacəlil oğlu Əzizovun nəşi doğulub boya-başa çatdığı Kürdəmir rayon Dəyirmanlı kəndinə gətirilib.
ONN media xəbər verir ki, şəhidin cənazəsini rayon sakinləri qarşılayıblar.
Qeyd edək ki, şəhid Nəzər Əzizov ailənin yeganə övladı olub. Ailəlidir, 2 övladı var. Yaxınlarının sözlərinə görə, şəhidin böyük övladı bu il 1-ci sinfə hazırlaşır.