Yaralanan mülki şəxslərin son durumu necədir?

Yaralanan mülki şəxslərin son durumu necədir?

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanan mülki şəxslərdən Asim Musayevin vəziyyəti orta ağırdır.

ONN media xəbər verir ki, hazırda Asim Musayev Gəncə şəhərindəki Abbas Səhət adına 1 nömrəli xəstəxanada müalicə olunur. Digər yaralı – Arzuman Orucov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hər iki şəxs Kəlbəcər rayonunda heyvandarlıqla məşğul olub.

Arzuman Orucov bildirib ki, o, sentyabrın 12-dən 13-nə keçən gecə yarlanıb:

“Saat 11 radələrində atışma başladı. Gecə saat üçdə yaxınlığımıza mərmi düşdü. İşıqları söndürürdük. Uşaqlara yüksək səslə qışqırdım ki, yerə uzansınlar. Bir nəfər macal tapıb top mərmisindən yayına bilmədi. Mən topuğumdan yaralandım. Yoldaşım isə diz nahiyyəsinin yuxarı hissəsindən xəsarət alıb. Mərmi onun bud hissəsini parçalayıb. Özümüzü itirmədik. Digər yoldaşlarımıza ilkin tibbi yardım göstərdik. Sonra lazımı orqanlara məlumat verdik. Bizi gəlib hospital apardılar. Ermənilərin təxribatı nəticəsində şəxsi təsərrüfatımıza da ciddi ziyan dəyib”.

Geri qayıt