Kraliça ll Elizabetlə vida mərasimi keçirilir
Böyük Britaniya kraliçası II Elizabetlə ictimai vida mərasimi başlayıb.
ONN media xəbər verir ki, vida mərasimi Londondakı Vestminster sarayında keçirilir.
Mərasimdə kral III Çarlz və monarxın digər övladları - şahzadə Anna, York hersoqu Endryu və Uesseks qrafı Edvard iştirak edirlər. Parlamentin ən böyük və ən qədim zalı kraliçanın dəfn mərasimi günü - sentyabrın 19-u saat 09:30-a qədər açıq olacaq.
Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.
