Azərbaycan Yazıçılar Birliyində yeni təyinat

Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni sədr gətiriləcək.
ONN media xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçiləcək.
Məlumata görə, oktyabrın altısında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı baş tutacaq. Mənbələrimizin bildirdiyinə görə, yeni sədr kimi Xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürüləcək.
Qeyd edək ki, AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayev 1987-ci ildən adıçəkilən qurumun sədri kimi fəaliyyət göstərir.