Gürcüstana gedən ruslar rüsum ödəyəcək?

Gürcüstanda müxalif "Vahid Milli Hərəkat" partiyasının parlament fraksiyası ölkədə “İşğalçılıq haqqında” Qanuna dəyişiklik təklif edib.
ONN media xəbər verir ki, bu barədə sözügedən partiyanın parlamentdəki fraksiya sədr müavini Levan Bejiaşvili bildirib.
Onun sözlərinə görə, təklif Gürcüstana gələn Rusiya vətəndaşları üçün 1000 lari (təxminən 360 dollar) məbləğində “işğal rüsumu”nun müəyyən edilməsini nəzərdə tutur.
“Bir tərəfdən, Gürcüstana gələn ruslar rüsum ödəməklə Rusiyanın işğalçı olduğunu başa düşəcəklər. Eyni zamanda, həmin ödənişlər qaçqınlara yardım fonduna xərclənəcək. Bunu ödəməyənlər ölkəyə buraxılmamalıdır”, - deputat vurğulayıb