Qazaxıstanda güclü partlayış baş verib

Qazaxıstanda güclü partlayış baş verib

Qazaxıstanın Kostanay şəhərində silah mağazasında barıtın düzgün idarə olunmaması partlayışa səbəb olub.

ONN media xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

“Silah mağazasında partlayış oktyabrın 3-də baş verib. Hadisə nəticəsində xəsarət alan 11 nəfərdən 4-ü ölüb. Onların hər biri mağaza işçiləri olub. Partlayış nəticəsində yaxınlıqdakı ticarət obyektləri və yaşayış binalarına da ziyan dəyib”, - məlumatda deyilir

Geri qayıt