Türkiyədə partlayış olub- Xəsarət alanlar var

Türkiyənin Kırşəhir şəhərinin Çiçəkdağ rayonunda yaşayış binasında partlayış baş verib.
ONN media xəbər verir ki, təbii qaz sızması nəticəsində baş verən partlayış dağıntılara səbəb olub.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub.
Dağıntılar altında qalan 4 nəfər xilas edilərək xəstəxanalara aparılıb.