Erməni mediası Praqa görüşündən yazdı

Erməni mediası Praqa görüşündən yazdı

Praqada keçirilən Əliyev, Paşinyan və Ərdoğan görüşündən yayılan foto və videolardan görünür ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox yüksək əhval-ruhiyyədədirlər.

ONN media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Ermənistanın Baş nazirinin əhval-ruhiyyəsi elə də yaxşı görünmür, hətta yoxsul və depressiyaya düşmüş görünür. Lakin xarici işlər nazirləri Bayramov və Çavuşoğlu fəal və yüksək əhval-ruhiyyədə danışırlar. Arxa planda olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə özünü itirmiş kimi görünürdü”, - qəzetdə deyilir.

Geri qayıt