Gəncədə məktəbdə şagirdlər zəhərləndi

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.
Məktəbdən ONN media-ya verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.
Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.