Zelenskinin ofisi atəşə tutulur

Zelenskinin ofisi atəşə tutulur

Kiyevə atılan raketlərdən biri Ukrayna Prezident Ofisinin yaxınlığına düşüb.

ONN media xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Raketlərdən biri Kiyevin Vladimirski küçəsində yerləşən Qruşevskinin heykəlinin yanına düşüb. Bu küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binası, bir az aralıda isə Prezident Ofisi yerləşir”, - Geraşenko bildirib.

Geri qayıt