Qırğızıstan-Azərbaycan dostluq parkı açıldı

Qırğızıstan-Azərbaycan dostluq parkı açıldı

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.

ONN media xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tədbirdə çıxış etdilər.

Geri qayıt