Dədə Süleymanın müalicəsi dayandırıldı

Dədə Süleymanın müalicəsi dayandırıldı

Hazırda Süleyman Abdullayevin müalicəsi dayandırılıb. Xanəndənin vəziyyəti orta ağır qiymətləndirilir. Ancaq ağrıkəsicilər vurulur".

ONN media xəbər verir ki, bunu açıqlamasında Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman-red.) qızı Aygün Abdullayeva deyib.

Xanəndənin qızı bildirib ki, atasının durumu heç də yaxşı deyil:

"Həkimlər müalicəni ona görə dayandırdılar ki, damarları quruyub. Dərmanlar venaya daxil ola bilmir. Çünki bədən qəbul etmir".

Qeyd edək ki, Əməkdar artistin səhhəti 5 gün əvvəl pisləşib.

Geri qayıt