Suriyada partlayış olub: Ölən və yaralanan var

Suriyanın Dəməşq əyalətində avtobusda partlayıcı qurğunun işə düşməsi nəticəsində ölkə ordusunun azı 18 hərbçisi ölüb, 27-si yaralanıb.
ONN media xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.