Türkiyədəki mədən partlayışında ölənlərin sayı 28-ə çatıb

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
ONN media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.
Partlayış baş verəndə vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riski bölgələrdə yerləşib. Axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır