Leyla Əliyevanı kim əvəz edəcək?

Leyla Əliyevanı kim əvəz edəcək?

Prezident İlham Əliyevin sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

41 yaşlı L.Abdullayeva 2018-ci ildən bu günə qədər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.

ONN media xəbər verir ki, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.

O, bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. A.Hacızadə artıq bir müddətdir ki, XİN-in mətbuat xidmətində işə başlayıb.

Geri qayıt