Ukraynada daha bir azərbaycanlı həlak olub

Ukraynada daha bir azərbaycanlı həlak olub

Ukraynanın Kiyev vilayətində Rusiyanın İran kamikadze dronları ilə hücumu nəticəsində əslən Azərbaycanın Goranboy rayonundan olan könüllü hərbçi Əli Həsən oğlu Səfərov həlak olub.

ONN media xəbər verir ki, bu barədə Report-a Poltova vilayəti Azərbaycanlıları Radasının sədri Füzuli Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, 1974-cü il təvəllüdlü azərbaycanlı üç gün əvvəl həlak olub.

O, Ukrayna vətəndaşı idi və yaşadığı Poltava vilayətində dəfn olunacaq.

Geri qayıt