Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ baş verib.
ONN media xəbər verir ki, yeraltı təkanlar qardaş ölkənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Pazarcıkda yerli saatla 20:14-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 5,28 kilometr dərinlikdə baş verdiyi bildirilib.