Minaya düşənlərin son durumu necədir?

Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı ONN media-ya bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Yaralılar dərhal polis əməkdaşlarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.