Yeyskdəki qəzanın səbəbi açıqlandı

Yeyskdəki qəzanın səbəbi açıqlandı

Rusiyanın Su-34 qırıcısının Yeyskdə qəzaya uğramasına səbəb qağayılar olub.

ONN media xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

“Quşlar bombardmançı təyyarənin havaya qalxması zamanı Su-34-ün mühərriklərinə daxil olublar. Bu vəziyyət yanğına və təyyarənin qəzaya uğramasına səbəb olub. Onların (qağayı – red.) qalıqları ekspertlər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən aşkar edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, 17 oktyabrda Rusiyanın Yeysk şəhərində Su-34 qırıcısının yaşayış binasına çırpılması nəticəsində 15 nəfər ölmüşdü.

Geri qayıt