Molla rejimi azərbaycanlı işçi fəalı Hüseyn Kuşini saxlayıb

Molla rejimi azərbaycanlı işçi fəalı Hüseyn Kuşini saxlayıb

ONN media-nın məlumatına görə, irqçi fars-molla rejiminin məmurları Təbrizdə yaşayan işçi fəalı Hüseyn Kuşi yaxalayıb.

Molla rejiminin məmurları azərbaycanlı fəalın evinə hücum edib, qanunsuz evdə axtarış aparıb və ona qarşı güc tətbiq edərək həbs ediblər.

Qeyd edək ki, Hüseyn Kuşi tanınmış işçi fəalarındandır və uzun illər işçilərin hüquqları uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə təzyiqlərə məruz qalıb.

Fəalı ağciyər xəstəliyindən əziyyət çəkir. O oksigen kapsulasından istifadə etdiyi üçün fəalın ailəsi onun sağlamlıq durumunun narahatdırlar.// Gadtb.com

Geri qayıt