Cəlilabadda ağır yol qəzası olub

Cəlilabadda ağır yol qəzası olub

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media-nın məlumatına görə, qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1966-ci il təvəllüdlü Füzuli Əliyev və 1986-ci il təvəllüdlü Zamiq Quliyev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt