İlon Mask Twitterlə bağlı müqavilə imzalayacaq

“SpeysX” şirkətinin prezidenti İlon Mask Tvitteri əldə etmək üçün oktyabrın 28-də sövdələşmə bağlamağı planlaşdırır.
ONN media xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, bu bəyanat bir gün əvvəl Mask və sövdələşmənin maliyyələşdirilməsinə kömək edən bankirlər arasında keçirilən videokonfrans zamanı verilib.
Xatırladaq ki, hələ aprel ayında Tvitter rəhbərliyi İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib.