Kərə yağının qiyməti bahalaşdı

Sentyabr ayında dünya bazarında kərə yağının qiyməti artıb.
ONN media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir.
Belə ki, ötən ay dünya bazarında kərə yağının 1 tonu $5342 olub. Bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə $542 və ya 11.3% artım deməkdir.