Rusiyada səfərbərlik başa çatdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə ölkədə qismən səfərbərlik tədbirlərinin başa çatması barədə hesabat verib.
ONN media-nın məlumatına görə, Şoyqu bildirib ki, bu gün qismən səfərbərliyə çağırılan vətəndaşların göndərilməsi başa çatıb.
Onun sözlərinə görə, qismən səfərbərlik çərçivəsində çağırılanların orta yaşı 35 olub.
Qeyd edək ki, bu gün V.Putin S.Şoyqunu qəbul edib. Qəbulda qismən səfərbərlik məsələləri müzakirə edilib