Ukraynalı uşaq Ərdoğandan nə istədi?

Ukraynalı uşaq Ərdoğandan nə istədi?

Ukraynada 8 yaşlı Jenya adlı uşağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazması gündəm olub.

ONN media xəbər verir ki, uşaq Ərdoğandan Ukraynaya 1 ədəd də olsa “Bayraqdar TB2” PUA-sını göndərməsini xahiş edib.

“Cənab Prezident Ərdoğan! Mənim adım Jenyadır, 8 yaşım var. Qəhrəman şəhər İrpendənəm. Sizdə “Bayraqdar” var. Onlar müharibə üçündür. Bizdə də müharibə davam edir. Bizim qələbəmiz üçün, uşaqlar ölməsin deyə ən azı 1 “Bayraqdar” sizdən rica edirəm. Təşəkkür edirəm. Yaşasın Ukrayna!”, - məktubda yazılıb.

Geri qayıt