"Neftçi" "Zirə"ni darmadağın etdi

"Neftçi" "Zirə"ni darmadağın etdi

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində daha bir oyun keçirilib.

ONN media xəbər verir ki, “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların darmadağını ilə yekunlaşıb. “Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib.

Qolları 6-cı dəqiqədə Yeqor Boqomolski, 76-cı dəqiqədə Qodsvey Donyo, 83-cü dəqiqədə isə Emin Mahmudov vurub.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.

Bu gün keçirilən ilk oyunda isə “Kəpəz” “Səbail”i darmadağın edib – 3:0.

Qeyd edək ki, açılış oyununda “Turan Tovuz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq

Geri qayıt