Rus sülhməramlıları Qarabağda nə edir?- PAŞİNYANDAN ŞOK AÇIQLAMA

“Biz bilməliyik ki, Rusiya sülhməramlıları Qarabağda nə edir”.
ONN media xəbər verir ki, bunu oktyabrın 29-da hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Rusiya sülhməramlıları Qarabağda nə iş görür? Biz Fərrux hadisələrini unutmamışıq. Üstəlik, onlar yəqin unudublar ki, bu, çox vacib məsələdir. Bu vədlər və öhdəliklər hələ də yerinə yetirilməyib.
Bizim suallara cavablar səsləndirilməlidir”, – deyə Paşinyan bildirib