İran dünya çempionatından kənarlaşdırılacaq?

İran dünya çempionatından kənarlaşdırılacaq?

Ukrayna Futbol Assosiasiyası İran millisinin dünya çempionatından kənarlaşdırılmasını istəyir.

ONN media xəbər verir ki, bununla bağlı Ukrayna tərəfi FİFA-ya müraciət edib.

“İran Rusiyaya hərbi yardım edir, həmçinin, ali futbol qurumunun nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur”, - müraciətdə vurğulayıb.

Qeyd edək ki, dünya çempionatında İran seçməsi İngiltərə, ABŞ və Uelslə bir qrupda mübarizə aparacaq.

Geri qayıt