Putindən Türkiyəyə jest: Sazişdən çıxmamışıq

Putindən Türkiyəyə jest: Sazişdən çıxmamışıq

Rusiya yoxsul ölkələrə yardım məqsədilə taxıl sazişinə qoşuldu, lakin taxılın 35 faizi Avropa Birliyi ölkələrinə çatır, yalnız 3-5 faiz ehtiyacı olanlara göndərilirdi.

ONN media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya taxıl sövdələşməsində iştirakdan imtina etdiyini söyləmir, söhbət müvəqqəti dayandırmaqdan gedir”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, taxıl sazişi Türkiyə lideri Ərdoğanın vasitəçiliyi ilə əldə edilmişdi. Rusiya isə Qara dəniz Donanmasına hücum səbəbindən taxil sazişində iştirakını dayandırıb.

Geri qayıt