Belarus Rusiyaya yenidən silah göndərdi

Belarus Rusiya ordusunu hərbi texnika ilə təmin etməyə davam edir.
ONN media xəbər verir ki, bu barədə Unian Belarusdakı mənbələrinə əsasən bildirib.
Qeyd olunur ki, oktyabrın sonunda Belarus yenidən ruslara konservləşdirilmiş avadanlıq göndərib.
Belarusun "Gayun" Teleqram kanalı da konservasiyadan çıxarılan 20 PDM-2 qurğusunin Rusiyanın Belqorod vilayətinə, oradan isə Luqanska yola salındığını bildirib.