Fazil Məmmədov dəfn edildi

Fazil Məmmədov dəfn edildi

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.

ONN media-nın xəbərinə görə, mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Geri qayıt