Türkiyədə mədəndə partlayış olub- Yaralananlar var

Türkiyənin Zonquldaq vilayətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.
Partlayışın başvermə səbəbi açıqlanmır