Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən ONN media-ya verilən məlumata görə, noyabrın 6-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 15 sm, Qrızda 11 sm, Ləzədə 9 sm, Şahdağda 7 sm, Qaxda 3 sm, Xaltanda 1sm olub