Tovuzda ağır yol qəzası baş verib

Tovuz rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun mərkəzində “Asan Xidmət” Mərkəzinin yanında qeydə alınıb.
Məlumata görə, qəza zamanı “Opel” , “Niva-Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması zamanı üç nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.