MN rəsmi məlumat yaydı: ATƏŞ AÇMAYIB

MN rəsmi məlumat yaydı: ATƏŞ AÇMAYIB

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən bildirilib.

"Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - məlumatda qeyd edilib.

Geri qayıt